Hadisə 

Bakıda mənzildən 64 yaşlı kişinin meyiti tapıldı

Bakı şəhərinin Nərimanov rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Əhmədov Zahid Azay oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Daha çox xəbərlər