Qarabağda Monitorinq Mərkəzi regionda sabitliyin ciddi təminatıdır – Putin
Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəal şəkildə işləyir və regionda sabitliyin ciddi təminatıdır.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.
V.Putin bildirib ki, Türkiyənin Qarabağdakı vəziyyətə təsiri regionda sülhə xidmət edir: “Birgə əməkdaşlıq sabitliyin və tərəflərin sülhə yönəlmiş növbəti addımlarının razılaşdırılmasının ciddi təminatıdır”.

