Anım Günü İtaliya kütləvi informasiya vasitələrinin geniş diqqət mərkəzində olub
İtaliya kütləvi informasiya vasitələrində Anım Günü ilə bağlı çoxsaylı məlumatlar dərc olunub. Belə ki, Askanews, Yahoo Notizie, Kmetro0, Agenzia Nova kimi mətbuat orqanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Anım Günü ilə bağlı bəyanatını yayıblar.
Səfirlikdən “İki sahil”ə verilən məlumata görə, habelə Anım Günü ilə bağlı İtaliyada keçirilmiş anım mərasimləri də İtaliya mətbuatının diqqətində olub. Giornale Diplomatico, Askanews, Notizie Yahoo, Globus Magazine, Metroct, İl Corriere di Sicilia, Agenzia Nova, Kmetro0 kimi mətbuat orqanlarında Roma şəhərində yerləşən İtaliya İslam Mədəniyyət Mərkəzi-Roma Böyük Məscidində, “Santa Maria della Mercede” Kilsəsində, habelə Katania şəhərində yerləşən “San Camillo dei Mercedari” kilsəsində keçirilmiş Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin anım mərasimləri barədə məlumatlar dərc olunub.
Eyni zamanda, “Agenzia Nova” xəbər agentliyinin “Nova News” xəbər portalında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin Anım Günü ilə əlaqədar geniş müsahibəsi də yayılıb. Müsahibədə diplomat Anım gününün əhəmiyyəti, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünün ağır nəticələri, Vətən Müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsi, həmin ərazilərimizdə həyata keçirdiyimiz yenidənqurma işləri və bölgədə davamlı sülhün bərqərar olması üçün ölkəmizin həyata keçirdiyi tədbirlərdən danışıb.
Məlumatlarla aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:
https://it.sports.yahoo.com/notizie/azerbaigian-pronti-normalizzare-relazioni-con-071813858.html
https://it.notizie.yahoo.com/commemorate-roma-le-vittime-azerbaigiane-160154854.html
https://it.sports.yahoo.com/notizie/commemorate-roma-le-vittime-azerbaigiane-160154854.html
https://kmetro0.it/2021/09/27/commemorati-a-roma-i-martiri-azerbaigiani-27-settembre-2021/
https://www.metroct.it/il-pensiero-del-popolo-azerbaigiano-il-27-settembre-e-andato-ai-suoi-martiri/
https://www.globusmagazine.it/catania-roma-commemorati-martiri-dellazerbaigian/
http://ilcorrieredisicilia.it/commemorati-anche-a-catania-i-morti-della-guerra-in-azerbaigian/

