Hadisə 

Bakının özəl məktəbində mühafizəçi ilə valideyn arasında əlbəyaxa dava düşdü – RƏSMİ/VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Bakıda özəl məktəblərdən birinin həyətində yaranan insidentə münasibət bildirib.

ARANTV.AZ -ın məlumatına görə, DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, yaranan insidentlə bağlı araşdırmalara başlanılıb.

“Yayılan videogörüntülərdən məlumatlıyıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İctimaiyyətə əlavə məlumat veriləcək”, – mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə məktəbin mühafizəçisi ilə valideynlərdən birinin əlbəyaxa dava etdiyi görüntüləri yayılıb.

Daha çox xəbərlər