Gündəm 

Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumundan azad edilir

Milli Məclisin iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

ARANTV.AZ-ın məlumatına əsasən, layihə səsə qoyularaq qəbul edilib.

Bundan sonra müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad ediləcək.

Daha çox xəbərlər