Maraqlı 

Soyuducunu “sevməyən” qidalar

Nədənsə bizə elə gəlir ki, hər bir yeməyi və qida məhsulunu soyuducuda saxlasaq daha uzun müddət təravətli qalar, ancaq bəzi qidalar var ki, onlar əslində otaq temperaturunda saxlanılmalıdır.

Bəzi insanlar dənli bitkiləri də soyuducuya qoyurlar. Çox vaxt bu tədbir özünü doğruldur, çünki dənli bitkilər istidə düzgün saxlanılmasa, qida güvələri və digər parazitlər üçün ideal şərait yaranır. Dənli bitkilər üzərinə birbaşa günəş işığı düşməyən və temperaturun 25 dərəcədən yuxarı qalxa bilməyəcəyi mətbəxlərdə qaranlıq yerlərdə ağzı sıx bağlı şəkildə saxlanılır.

Günəbaxan yağı da qaranlıq və sərin məkanları sevir, onu 20 dərəcədən artıq olmayan temperaturda saxlamaq lazımdır.

Çox isti havalarda bitki yağlarını soyuducuya qoymaq olar. Lakin tez-tez temperatur dəyişməsinə yol vermək olmaz. Temperaturun qalxıb-enməsindən belə yağlar tərkibini dəyişir, turş olur, faydalı xüsusiyyətlərini itirir.

Kulinarlar yay aylarında zeytun yağına üstünlük verməyi məsləhət görürlər. Zeytun yağı 30 dərəcə temperaturda belə yaxşı qalır. Lakin onu tünd şüşə butulkada və günəş işığından uzaqda saxlamaq məsləhətdir.

Şokolad və konfetləri isə 20 dərəcədən yüksək olmayan şəraitdə saxlamaq lazımdır. 30 dərəcə istilik artıq onların formasının dəyişməsinə səbəb olur. Bu zaman təkcə görünüşü deyil konfetin tərkibi də pozulur. Risk etməmək üçün konfet və şokoladları soyuducuda saxlamağa üstünlük verin.

Çay yarpaqları yüksək temperaturdan qorunmalıdır, çünki rütubəti və istiliyi sevmir. Çayların saxlanması üçün optimal temperatur 20 dərəcəyə qədərdir. Bu məhsulu soyuducuya qoya bilməzsiniz. Çay yarpağı vakuum paketində və ya xüsusi qalay və ya keramika qablarda, həmçinin karton qutular, kətan torbalar və ya kağız torbalarda saxlanılmalıdır.

Meyvə və tərəvəzlərin çoxu soyuducuda saxlanılmalıdır. Ancaq limon, naringi, nar, avokado və banan soyuğu xoşlamır, buna görə də onları az miqdarda alıb dərhal istifadə etmək lazımdır. Yenə də saxlamaq məcburiyyətində qalsanız, meyvəni ağ kağıza büküb sərin, qaranlıq bir küncdə saxlamaq olar.

Soğanı da soyuducuda saxlamaq düzgün deyil . Yumşalır, həm də xoşagəlməz qoxu yayır və rəflərdəki digər mhsullara kəskin ətir verir. Soğanı taxta bir qutuda saxlamaq və vaxtaşırı seçmək daha yaxşıdır.

Daha çox xəbərlər