Göyçayda faraş nar yığımına başlanıb
Böyük narçılıq təsərrüfatına malik olan Göyçay rayonunda faraş nar yığılır və artıq bağlardan 50 ton məhsul dərilib.
ARANTV.AZ xəbər verir ki, yığılan məhsul birbaşa yerli bazarlara çıxarılır, zədəlilər isə seçilərək emal müəssisələrinə göndərilir. Cari mövsümdə havaların əlverişsiz keçməsinə, bir sıra ərazilərdə suvarma suyundakı çətinliklərə baxmayaraq əksər yerlərdə, xüsusilə daha çox nar bağları olan Bığır, Qarasaqqal, Alxasava, Mirzəhüseyinli və bir çox digər icra nümayəndəliklərində bağlarda bol məhsul yetişdirilib.
Qeyd edək ki, Göyçayda narçılıq ənənəvi təsərrüfat sahəsidir və sakinlər heç də az gəlir gətirməyən bu sahənin inkişafında çox maraqlıdırlar. Rayon ərazisində hazırda 3705 hektar nar bağı vardır ki, bunda 3670,7 hektarı bar verir.

