Türkiyə İranla sərhədə qoşun yığır
Türkiyə İranla sərhəd ərazilərə hərbi texnika toplamağa davam edir.
ARANTV.AZ axar.az-a istinadən bildirir ki, Hakkari vilayətində artilleriya vasitələri və zirehli texnika kolonunun hərəkəti müşahidə olunub.
Bundan başqa, Türkiyə PUA-ları İran və Ermənistranla sərhəd boyu uçuşlarını intensivləşdiriblər.
Xatırladaq ki, İran son günlər Azərbaycanla sərhəddə irimiqyaslı hərbi təlimlər keçirir.

