Gündəm 

Ticarət şəbəkələrində satılmış ərzağın dəyəri 6,6% artıb

2021-ci ilin yanvar-avqust aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 14 602,5 milyon manat olub.

ARANTV.AZ-ın məlumatına görə, bu, 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,4% çoxdur.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 7 428,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,4% artaraq 7173,8 milyon manata bərabər olub.

İstehlak məhsullarının 37,1%-i hüquqi şəxs statuslu müəssisələrdə, 41,7%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,2%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

 

Daha çox xəbərlər