Dünya 

Gürcüstan Prezidenti Saakaşvilinin əfv edilməsinə münasibət bildirdi

Gürcüstan Prezidenti Salome Zurabişvili Mixail Saakaşvilini əfv etməyəcəyini bildirib.

“Bu gün çoxları soruşur ki, Prezident onu (Saakaşvilini – red) əfv etməyi planlaşdırırmı? Bu suala yalnız bir, sadə və qəti cavabımız var –  xeyr, bu heç vaxt olmayacaq!”, – deyə 69 yaşlı Gürcüstan Prezidenti vurğulayıb.

Gürcüstan Prezidenti bəyan edib ki, Saakaşvili beynəlxalq tərəfdaşların tövsiyələrinə zidd olaraq sabitliyi pozmaq üçün Gürcüstana gəlib.

Mənbə: “Sputnik” Gürcüstan

Daha çox xəbərlər