Gündəm 

Üç şagird məzunu,bir müəllimi şəhid olan məktəb

44 günlük vətən müharibəsi  Tofiq İsmayılov adına Bərdə şəhər 1 saylı tam orta məkəbin  də həyatında silinməz izlər qoyub. Döyüşlərdə məktəbin 3 məzun şagirdi, 1 müəllimi Ermənistanın Bərdəyə raket hücumu zamanı şəhid olub.

Tofiq İsmayılov adına Bərdə şəhər 1 saylı tam orta məkəbin direktoru Qamboy Məmmədov o günləri kədərli və təəssüf hissi ilə xatırlayır.

Bildirirki, döyüşlər zamanı  Tofiq İsmayılov adına Bərdə şəhər 1 saylı tam orta məkəbin 3 şagird məzunu şəhid olub.Hər biri haqqında ayrı-ayrılıqda məlumat verir.

Şəhid Elməddin Hüseynzadə  23 günlüyündən anası tərəfindən təkbaşına böyüdülən, evin tək-yeganə övladı olub.Anası Arzu xanım onu təkbaşına, minbir əziyyətlərlə böyüdüb boya-başa çatdırıb.

6 yaşından xalasıgildə qalan Elməddin Bərdə şəhərindəki 1 saylı məktəbə gedib.

2016-2018-ci illərdə hərbi xidmətdə olan Elməddin əsgərlikdən sonra bir müddət başqa işlərdə çalışır, daha sonra isə anasının etirazlarına baxmayaraq, yenidən həyatını Ordu ilə bağlayır, MAXE kimi, fəaliyyət göstərir

Müharibənin ilk anlarından da döyüşlərə atılır…Və Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdən birində-senyabrın 29-da Şəhid olur…Və elə həmin gün axşam saatlarında da nəşi Bərdəyə gəririlərək, Şəhidlər Xiyabanında torpağa tapışırılır…

İfa etdiyi mahnıda deyilir ki:

“Şair,sorma vətən nədən yaxşıdır,

Adı gəlcək könlüm dastana döndü….”

Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub.Atası — Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası — Rada Yusifzadə isə evdar xanım idi. Ailədə dörd uşaq olublar — üç qardaş və bir bacı. Xudayar Yusifzadənin doğumundan 24 gün sonra atası vəfat edib.

Xudayar Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Subay idi.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Ermənistan Silahlı Qüvvələri oktyabrın 28-də saat 13 radələrində Bərdəni növbəti  dəfə raket atəşinə tutarkən   Bərdə şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi 1988-ci il təvəllüdlü Fuad İsmayılov şəhid olub.

Məktəbin şəhid məzunları haqqında təəssüf hissi ilə danışan Qamboy Məmmədovun sonunda təsəllisi də var. Şəhidlərimizin qanı hesabına 28 ildən artıq düşmənin işğalı altında qalan torpaqlarımız azad olunub. Şuşaya ay ulduzlu bayrağımız sancılıb.

 

Daha çox xəbərlər