Qələbəmizi qanı,canı ilə bizə bəxş etmiş şəhidlərimizin adı qəlbimizdə daim əziz tutulacaq
Vətən müharibəsinin başlanmasından bir il ötür. Möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə sentyabrın 27-si “ Vətən müharibəsi şəhidlərinin anım günü “ elan olunub. Bu da təqvimimizə,tariximizə yeni bir müqəddəs günün yazılması deməkdir.Bu günü də yazan vətə uğrunda canından keçən şəhidlərimiz oldu.
Bir ilin tamamında söhbətləşdiyimiz kollektiv rəhbərlərindən biri də Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Aynurə xanım Əyyubovadır.
Həmin günləri hamı kimi Aynurə xanım Əyyubova da gərgin hisslərlə qarşılayıb. Müharibənin başlanmasını eşidincə cəbhə üçün bacardığını etməyə çalışıb. Bərdə rayon Təhsil Şöbəsinin təşəbbüslərinə dəstək olub. Atəş altından çıxan Tərtər,Ağdam rayonlarının sakinlərinə təmənnasız olaraq isti yeməklər hazırlayıb,aparıb. “Cəbhədən tələm tələsik evini tərk edən adamlar isti geyim, yorğan döşəklərini belə götürməyə macal tapmamışdılar.İlk işimiz onların qayğısına qalmaq oldu. İsti geyim, yorğan döşək təşkil edib,onlara çatdırdıq.Bu işdə əlbəttə ki, tək deyildim. Bütün müəllim kolletivi də mənimlə bir yerdə idi.”-Uşaq – Gənclər İnkişaf Mərkəzinin direktoru Aynurə xanım Əyyubova belə deyir.
Bununla yanaşı Aynurə xanım Əyyubova cəbhədə döyüşən əsgərlərimizin qayğılarını da ən ümdə vəzifəsi sayıb. Ön cəbhəyə əsgərlərimiz üçün isti geyimlər,əlcək,papaq kimi zəruri ləvəazimatların hazırlanıb,göndərilməsinə köməkliyini əsirgəməyib.
Bir kollektiv rəhbəri olaraq mütəmadi Şəhid ailələrinə baş çəkməyi, onlara təsəlli-təskinlik verməyi özünə borc bilib. Şəhid ailələrinə baş çəkərkən sovqat paylarını aparmağı da unutmayıb. Şəhid ailələri ilə yanaşı qaziləri də yaddan çıxarmayıb. Dəfələrlə görüşlər təşkil edib, onlara istər maddi,istərsə də mənəvi dəstək olub.
Müharibənin sonunda möhtəşəm qələbəmizin qazanılması onun həyat da eşitdiyi ən xoş xəbərlərdən olub. Qələbəmizin memarı isə özünün vurğuladığı kimi Ali baş komandan, prezidentimiz İlham Əliyevdir. Bunun üçün də Uluöndər Heydər Əliyevin layiqli varisi İlham Əliyevə minnətdarlığın bildirir.
Qələbəmizi qanı,canı ilə bizə bəxş etmiş şəhidlərimizin adı qəlbimizdə daim əziz tutulacağını deyir, Aynurə xanım Əyyubova.
Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Aynurə Əyyubova
Qələmə aldı: Nilufər Əliyeva

