Siyasət 

XİN Gəncə terroru ilə bağlı paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın Gəncədə törətdiyi terrorun birinci ildönümü ilə bağlı paylaşım edib.

ARANTV.AZ bu barədə nazirliyin “Twitter” səhifəsinə istinadən xəbər verir.

“Bu gün Ermənistanın humanitar hüququn bütün prinsiplərini kobud şəkildə pozaraq münaqişə zonasından kənarda yerləşən mülki yaşayış məntəqəsi olan Gəncə şəhərinə hücumundan bir il keçir. Günahsız qurbanları kədər və ağrı ilə anırıq!”, – paylaşımda deyilir.

Daha çox xəbərlər