Siyasət 

Xameneinin təhdidinə Azərbaycandan CAVAB GƏLDİ: Sabahdan etibarən Türkiyə ilə birlikdə…

İranın Ali dini lideri Ayətullah Əli Xameneinin açıq şəkildə Azərbaycanı təhdid etməsindən sonra Bakı bəzi addımlar atıb.

ARANTV.AZ   xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı Azərbaycanın cavab addımlarını belə dəyərləndirib:

İranın sərhəd təlimləri və Xamenei səviyyəsində səslənən təhdidlərinə qarşı atılan addımlar:

– Türkiyə və Azərbaycan Naxçıvanda yeni hərbi təlimlərə başlayır: 5-8 oktyabr tarixi;
– Türkiyə Müdafiə Nazirliyi “bölgədə baş verənləri yaxından izləyir”;
– Müdafiə naziri Zakir Həsənovun keçirdiyi hərbi müşavirədə Qarabağla yanaşı, sərhəddəki vəziyyəti də təhlil edildi, döyüş hazırlığı ilə bağlı göstərişlər verildi;
– Cənubi Azərbaycanda soydaşlarımız – həm təlimdə iştirak edənlər, həm də mülki şəxslər – müxtəlif formalarda etirazlarını bildirir;

Musavat.com

Daha çox xəbərlər