Sosial 

Vətən müharibəsi şəhidlərinin xatirə lövhəsinin açılışı olub – FOTO

Bu gün Xətai rayonunda Vətən müharibəsi şəhidləri Orxan İsmayilov, Fərid Əsgərov və Əli Qasımovun xatirə lövhəsinin açılış mərasimi olub.

Tədbir şəhidlərimizin xatirəsinə sayğı duruşu və Azərbaycanın Respublikasının Dövlət Himni ilə başlayıb.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə hər üç şəhidin qəhrəmanlığından, onların vətənpərvərliyindən söz açılıb.

Məktəblilərinin ifasında ədəbi – bədii kompozisiya təqdim olunub.

Şəhid Fərid Ərəstun oğlu Əsgərov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, şəhid Əli İbrahim oğlu Qasımov “Vətən uğrunda”, Şəhid Orxan Zöhrab oğlu İsmayılov isə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunublar.

 

Daha çox xəbərlər