Sosial 

Ölkədə qərənfil monopoliyası yaradılıb? – VİDEO

27 sentyabr − Vətən müharibəsi şəhidlərinin Anım Günündə qərənfilin qiyməti süni şəkildə artırıldı.

Baku TV əməkdaşları vəziyyətlə yaxından tanış olmaq üçün qərənfilin ən çox əkildiyi Bilgəh, Maştağa qəsəbələrinə üz tutub.

Göstərilən ünvanlardan hansına yaxınlaşsan, həmin yerdə artıq qərənfil istixanasının olmadığı bildirilir.

Qərənfil istixanalarından birindən verilən məlumata görə, əvvəllər qərənfilin maya dəyəri 20-25 qəpiyə başa gəlirdisə, indi bu qiymət 35-40 qəpikdən aşağı deyil. Sahibkarlar isə bunu qərənfil əkib-becərmək üçün əlverişli şəraitin olmaması ilə əlaqələndirir. Belə olan halda ölkəyə qərənfil məcburən xaricdən gətirilir.

Satıcılar isə son günlər qərənfilin qiymətindəki artımı məhsul azlığı ilə əlaqələndirirlər.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Daha çox xəbərlər