Sosial 

Gəncədə qartal istismar edilib – AÇIQLAMA + FOTO

Gəncə şəhərinin mərkəzi küçəsində qartal istismar edilərək vətəndaşlara nümayiş etdirilib.

Bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaşın diqqəti nəticəsində bir başa mənimlə əlaqə saxlanıldı.

O, video barədə məlumat verdi. Araşdırma nəticəsində məlum oldu ki, bu hadisə Gəncə şəhərində baş verib. Şəhərinin mərkəzindəki küçədə istismar edilərək vətəndaşlara nümayiş etdirilən, adı Qırmızı Kitaba daxil edilən, pəncələri yaralı Berkut qartalı əməkdaşlarımız və həmin vətəndaşın iştiraki ilə qartal götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib:

“Hazırda qartal baytar tərəfindən müayinə olunur. Yırtıcı quş mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq”.

 

Daha çox xəbərlər