Sabirabadlı fermer Nar müsabiqəsinin qalibi olub
Oktyabrın 6-da Kürdəmirdə ilk dəfə keçirilən Nar sərgi-satış yarmarkasında Nar müsabiqəsi də təşkil olunub.
ARANTV.AZ xəbər verir ki, müsabiqədə xarici görünüşünə görə ən yüksək keyfiyyətli məhsul istehsal edən 3 qalib seçilib.
Sabirabad rayonunda fəaliyyət göstərən fermer Rafael Musazadə 1-ci, Saatlı rayonundan Vüqar Xəlilov 2-ci, sabirabadlı fermer Polad Qasımov isə 3-cü yerə layiq görülüblər.
Qalib nar istehsalçılarına peşəkar budama alətləri hədiyyə edilib.

