COVID-19 sonrası panik atakla qarşılaşma halları çoxalıb
Koronavirus infeksiyası keçirmiş şəxslər panik atakla qarşılaşa bilərlər. Bu barədə NTV efirində Rusiya Federasiyasının Səhiyyə Nazirliyinə tabe olan Milli Psixiatriya və Narkoloji Elmi Tədqiqat Mərkəzinin baş direktoru Zurab Kekelidze məlumat verib. Mütəxəssisin sözlərinə görə, qorxu ilə müşayiət olunan şiddətli narahatlıq hücumlarına əlavə olaraq, xəstələr idrak pozğunluqları ilə üzləşirlər. Həkim panik atakın müalicə edilə bilən olduğunu da qeyd edib.
“Panik atak müalicə edilə bilən bir problemdir, ancaq təəssüf ki, insanlar bu psixi pozuntu zamanı psixiatra müraciət etməkdən çəkinirlər”,-deyə psixiatr vurğulayıb. Koqnitiv pozğunluq özünü yaddaş itkisi və yorğunluq şəklində göstərir. Əvvəllər həkimlər belə hallarla qarşılaşmırdılar. Kekelidze bunun COVID-19-un təzahürləri olan “fövqəladə” bir vəziyyət olduğunu söyləyib.
Psixiatr bildirib ki, stress səviyyəsini təyin edən müəyyən ölçü cihazları var və aparılan təcrübələr zamanı 44 baldan 16 –nın koronavirus sonrası meydana gəldiyi ortaya çıxıb.

