Rafiq Hüseynov ilk dəfə dünya çempionu oldu və Türkiyə bayrağı ilə dövrə vurdu

Rafiq Hüseynov ilk dəfə dünya çempionu oldu və Türkiyə bayrağı ilə dövrə vurdu

Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan ilk qızıl medalını qazanıb.

ARANTV.AZ-ın xəbərinə görə, bu, yunan-Roma güləşi üzrə Tokio Olimpiadasının bürünc mükafatçısı Rafiq Hüseynovdur.

82 kq çəki dərəcəsində güləşən Rafiq finalda Burhan Akbudaka (Türkiyə) 2:1 qalib gəlib. İdmançımız Avropa çempionluğundan sonra ilk dəfə dünya çempionu adını qazanıb. Azərbaycan – Türkiyə bayraqları ilə dövrə vuran Rafiq kameraya “ata, oğlun dünya çempionu oldu” deməyi də unutmayıb.