Polad Həşimovun sadiq əsgəri – VİDEO
Samir Sarıyev 27 yaşında Füzulidə gedən döyüşlərdə şəhadətə ucalıb
O, general-mayor Polad Həşimovun əsgəri olub. Hərbi xidmətdə nümunəvi davranışına görə onun tərəfindən dəfələrlə fəxri fərmanla təltif olunub.
Generalın şəhadətə yüksəlməsindən sonra könüllü olaraq cəbhəyə yazılıb.
ARANTV.AZ Real TV-yə istinadən bildirir ki,söhbət Vətən Müharibəsi zamanı Xocavənd və Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən, 27 yaşında şəhid olan Əslən Zəngilanın Malatkeşin kəndindən olan əsgər Samir Sarıyevdən gedir.
Hələ uşaq ikən anasını erkən itirib. Atası Samir və qardaşına həm analıq, həm də atalıq edib.
Elə Samir döyüşlər zamanı daha çox atası ilə əlaqə saxlayıb.
O telefon zəngi Samirin ailəsi ilə danışı olur.
Qəhrəman əsgər 27 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhadətə ucalır.
Ölümündən sonra o “Xocavəndin və Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

