Siyasət 

Yaponiya saytı Prezident İlham Əliyevin Hadruta və Tuğa səfəri barədə məlumat yayıb

Oktyabrın 10-da Yaponiyanın “ajmedia.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyevin Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfəri barədə məlumat yayıb.

ARANTV.AZ xəbər verir ki, AZƏRTAC-a istinadla verilən məlumatda Azərbaycan Prezidentinin Hadrut qəsəbəsində yeni məscidin və “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoyması, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olması öz əksini tapıb.

Yaponiya saytı dövlətimizin başçısının Xocavənd rayonunun ictimaiyyəti ilə görüşməsi və onlarla birlikdə Tuğ kəndinə getməsi barədə də məlumat verib.

Daha çox xəbərlər