Sosial 

“Geely” sürücülük akademiyası: Azərbaycanda ilk dəfə – FOTO/VİDEO

Azərbaycanda ilk dəfə olaraq “Geely Azərbaycan” müştəriləri üçün “Geely Driving Academy” adlanan peşakar sürücülük təlim kursuna start verdi.

“Geely Azərbaycan”dan avtomobil almış hər bir şəxs “Test & Training” mərkəzinin nəzdində təşkil olunmuş təlim kursuna tam ödənişsiz qatılmaq imkanı əldə edir. Bir günlük kurs çərçivəsində “Geely” sahibləri mərkəzin peşəkar təlimçiləri tərəfindən keçirilən avtomobilin təhlükəsiz idarəetməsi əsasları üzrə nəzəri və praktiki məşğələlərdə iştirak edərək öz sürücülük səriştərini təkmilləşdirirlər. Kursu keçmiş hər bir şəxsə müvafiq sertifikat təqdim olunur.

“Geely” satış və servis mərkəzinin ünvanı:

Babək prospekti, 35A

Tel.: (050) 838 58 58

Rəsmi sayt: www.geely.az 

“Geely” şirkəti barədə

“Geely” – Çinin iri avtoistehsalçısı olan, 1986-cı ildə yaradılmış “Geely Holding Group” qlobal şirkətin brendidir. “Geely Auto Group”a Çin ərazisində və onun xaricində 15 avtomobil zavodu və transmissiya və mühərrik istehsalı üzrə 8 zavod məxsusdur. Bundan başqa, şirkət Çin, İsveç, İngiltərə və Almaniyada elmi-tədqiqat mərkəzləri, Şanxay, Götebörq, Barselona, Kaliforniya və Koventridə isə dizayn mərkəzlərinə malikdir.

“Geely Holding Group”un önəmli satın almalarından 2010-cu ildən “Geely Holding Group”un tərkibinə daxil olmuş “Volvo Car Group” şirkətini, 2017-ci ildə ABŞ-in uçan avtomobillərin yaradıcısı Terrafugia Inc., Britaniyanın Lotus Cars Ltd şirkətinin səhmlərinin nəzarət paketinin və Malayziya şirkəti “Proton Holdings Berhad”ın 49,9 % səhmlərinin əldə olunmasını qeyd etmək olar.

“Geely Automobile Holdings” qısa müddətdə dünyanın ən böyük 500 şirkəti sıralamasında 473-cü yerdən 220-ci yerə qalxmağa müvəffəq olub. Şirkət Çin bazarında 3 il ərzində ən çox satılan Çin brendi adını qoruyub saxlaya bilib.

 

Daha çox xəbərlər