Sosial 

Xarici diplomatlar Şuşada çörək bişiriblər

Azərbaycan XİN-in sosial şəbəkə hesablarında ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri və xarici jurnalistlərin oktyabrın 9-u Şuşa şəhərinə səfərindən maraqlı fotolar paylaşılıb.

ARANTV.AZ  xəbər verir ki,  fotolardan xarici diplomat və jurnalistlərin Şuşada çörək sexinə baş çəkdiklərini görmək mümkündür.

Qonaqlar ziyarət zamanı birlikdə Şuşanın məşhur Qala çörəyini bişirib, daha sonradan dadına baxıblar.

Daha çox xəbərlər