Gündəm 

Bərdə Dövlət İdraetmə və Texnologiya Kolecin Kolektivi Şəhid Ələkbərli Samirin il dönümüylə bağlı şəhidlər xiyabını ziyarət ediblər -Fotolar

Bərdə Dövlət İdraetmə Və Texnologiya Kollecin dİrektoru aqrar elmlər fəlsəfə doktoru Xosrov Musayev , Raqub Yunisov və aktiv gənclər Ələkbərli Samirin Şamil oğlunun il dönümüylə bağlı şəhidlər xiyabını ziyarət ediblər .
Samir Ələkbərli 2 iyul 2002-ci ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olmuşdur.Əslən Şuşadan idi.Samir Ələkbərli 2020-ci ilin avqust ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Samir Ələkbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Ələkbərli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Samir Ələkbərli ölümündən sonra “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Ələkbərli ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi

Daha çox xəbərlər