Göyçayda xurma yığımına başlanıb
Göyçay rayonunda bağbanlar kütləvi xurma yığımına başlayıblar. Yığılan məhsul ilk günlərdən yerli bazarlara çıxarılır, habelə Rusiya və Ukraynaya ixrac olunur.
Rayon icra hakimiyyətindən “İki sahil”ə bildirilib ki, hazırda Göyçayda 1965 hektar xurma bağı var və cari ildə bağlarda bol məhsul yetişdirilib. Az vaxtda 2100 ton məhsul yığılıb və rayonun bütün ərazilərində, xüsusilə daha çox xurma bağları olan Cəyirli, Qızılağac, Potu, Qarabaqqal, Məlikkənd və bir sıra digər icra nümayəndəliklərində yığım ilk günlərdən sürətlə davam etdirilir.
Qeyd edək ki, cari ildə rayonda 30 min ton xurma istehsalı gözlənilir.

