Bu gün Ümumdünya Yumurta Günüdür
Bu gün Ümumdünya Yumurta Günüdür – World Egg Day
ARANTV.AZ xəbər verir ki, 12 oktyabr bir çox ölkələrdə yumurta günü kimi qeyd olunur.
1996-cı ildə Beynəlxalq Yumurta Komissiyası Vyanada keçirilən konfransda 12 oktyabr tarixini Yumurta Günü elan edib. Bu günü yumurta sevən insanlar bayram kimi qeyd edirlər.
Nəzərinizə çatdıraq ki, yumurta çox universal qida məhsuludur və bütün ölkələrin mətbəxində istifadə olunur. Dünyada ən çox yumurta Yaponiyada yeyilir. Amerikada isə ildə bir dəfə Nəhəng Omlet Günü keçirdirlər.
Onu da qeyd edək ki, ölkəmizdə digər ərzaq məhsulları kimi, yumurta da bahalaşıb. Bu məhsulun bahalaşmasına baxmayaraq, gündə 1 yumurta yeməyin faydası olduğunu unutmayaq və ondan imtina etməyək.
Bayramınız mübarək, əziz yumurtasevərlər!

