Saflaşdırılmamış misə tətbiq edilən ixrac rüsumunun müddəti uzadılıb
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
ARANTV.AZ xəbər verir ki, qərarı saflaşdırılmış və saflaşdırılmamış mis, mis ərintiləri, mis tullantıları və qırıntılarına tətbiq edilən ixrac rüsumunun dərəcələrinin 2024-cü ilin sonunadək uzadılmasını nəzərdə tutur.
2024-cü ilin sonunadək ixrac rüsumunun dərəcəsi gömrük dəyərinin 10 %-i, lakin 1 tona görə 300 ABŞ dollarından az olmamaqla təsbit olunub

