Gündəm 

Yerli taxıl şirkəti təşkilati-hüquqi formasını dəyişir

“Şəki-Taxıl” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ARANTV.AZ-ın məlumatına görə, yığıncaq Şəki şəhəri, M.Ə.Rəsulzadəə küçəsi, ev 42 ünvanında 09.11.2021-cu il tarixdə saat 10:00-da baş tutacaq.

Yığıncağın gündəliyinə cəmiyyətin təşkilati-hüquqi formasının dəyişdirilərək məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi, nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi və təşkilati məsələlər daxildir.

“Şəki-Taxıl” ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Abdurahmanov Lətif Vahid oğludur. Şirkətin nizamnamə kapitalı 166,152 min manat təşkil edir.

Daha çox xəbərlər