Naxçıvanda “Arıçılıq məhsulları-bal satış yarmarkası” keçiriləcək VİDEO
“Arıçılıq məhsulları-bal satış yarmarkası” oktyabrın 16-ı və 17-i “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək.
ARANTV.AZ xəbər verir ki, yarmarkada muxtar respublikanın müxtəlif rayonlarından olan arıçı-sahibkarlar il ərzində topladıqları məhsullarının sərgi-satışını həyata keçirəcəklər. Həmçinin yarmarkada arıçılıq avadanlıqlarının və arıçılığa aid ədəbiyyatların sərgisi də nəzərdə tutulub. Minbir çiçəkdən toplanan və böyük zəhmətlə başa gələn, süfrəmizin əvəzolunmaz neməti olan bal və bal məhsulları maraqlı dekorasiyalarda göz oxşayacaq.

