Azərbaycanlı həkimlərin daha bir məqaləsi ABŞ-ın MƏŞHUR JURNALINDA – FOTO
Ölkəmizin adını bütün sahələrdə müsbət mənada görmək qürurvericidir. Bu dəfə azərbaycanlı həkimlərin elmi məqaləsi ABŞ-ın məşhur “David Publishing” jurnalının oktyabr ayı sayında çap olunub.
ARANTV.AZ xəbər verir ki, bu barədə minlərlə korona pnevmoniyası xəstəsinin ev şəraitində müalicəsində rolu olan, savadı və pozitivliyi ilə seçilən məşhur azərbaycanlı həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlunun özü şəxsi “İnstagram” səhifəsində bildrib.
O, həmin məqalənin üzərində həyat yoldaşı həkim Zümrüd Əhmədova ilə birgə çalışdığını vurğulayıb.
Dr. Eldaroğlunun sözlərinə görə, bu, Azərbaycanın Tamamlayıcı tibbinin adına böyük uğurdur.
Xarici mətbuatda dərc olunan məqalədə yuxarı tənəffüs yollarının xəstəlikləri və xroniki bronxit, eləcə də koronavirus pnevmoniyası zamanı istifadə olunan, apifitoterapevtik immunoterapiyaya əsaslanan təbii bronxbal məcunun tərkibi və təsir xüsusiyyətləri araşdırılıb.
Xatırladaq ki, daha öncə də Dr. Elnur Eldaroğlu və Dr. Zümrüd Əhmədovanın Azərbaycan propolisi, balı və bitkilərindən ibarət “Hepbal” məcununun faydaları, xüsusən qaraciyər qoruyucu və qaraciyər xəstəliklərində istifadəsi barədə elmi araşdırması ABŞ jurnalının bu ilin yanvar sayında dərc olunub.
Qeyd edək ki, Elnur Eldaroğlu Azərbaycan Tibb Universitetinin məzunudur. Uzun illər Çin, Rusiya, Ukrayna, Türkiyə və Almaniyada alternativ tibb bölümünə aid fitoterapiya kursları keçib.
2009-2010-cu illərdə Ege Universitetində daxili xəstəliklər şöbəsində çalışıb.
2010-2012-ci illərdə dərman bitkiləri üzrə elmi-tədqiqat araşdırması və müalicəsi ilə məşğul olub.
“Dekorativ bitkilər xalq təbabətində” kitabının həmmüəllifi 2013- cü ildə dərman bitkiləri üzrə elmi iş fəaliyyətinə başlayıb.
“Dr. Eldaroğlu” markası ilə kompleks təsirə malik bir neçə bitki tərkibli dərmanların (Diabennur, Calcinur, Hepanur) tərkibinin müəllifidir.
Apifitoterapiya Mərkəzinin rəhbəri, həmçinin, Avropa Təbiət elmləri Akademiyasının və Türkiyə Apiterapiya cəmiyyətinin fəxri üzvüdür.

