Sosial 

Füzulidə şəhid Elçin Süleymanovun məzarı ziyarət edilib

YAP Füzuli rayon təşkilatının rəhbərliyi və fəalları rayonunun Böyük Bəhmənli kəndində İkinci Qarabağ müharibəsinin şəhidi  Süleymanov Elçin Tehran oğlunun məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, onların ruhuna dualar oxuyublar.

ARANTV.AZ  xəbər verir ki, YAP Füzuli rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Almaz Həşimova bildirib ki, şəhid məzarlarını ziyarət etmək və onların abadlaşdırılmasında yaxından iştirak etmək bizim üçün  şərəfdir: «Biz şəhidlərimizin ruhu qarşısında  baş əyirik, əzəli və əbədi torpağımız olan Qarabağın işğaldan azad olunmasında canlarını fəda etmiş şəhidlərimizin  ailələrinə və valideynlərinə səbr diləyirik. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini əziz tutur. Ona görə də ölkəmizin hər yerində olduğu kimi, Füzulidə də şəhidlərimiz hörmət və izzətlə anılır.»

Qeyd edək ki, YAP Füzuli  rayon təşkilatının rəhbərliyi və fəalları şəhid ailələrini, o cümlədən qaziləri davamlı olaraq ziyarət edərək onların problemləri və qayğıları ilə maraqlanırlar.

Daha çox xəbərlər