Sumqayıt-Saray-Bakı yolunda kilometrlərlə uzunluqda tıxac yaranıb – FOTO
Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsinin bağlı olması tıxaca səbəb olub.
ARANTV.AZ xəbər verir ki, sürücülər alternativ olaraq Sumqayıt-Saray-Bakı yolundan istifadə etmək istəyiblər.
Bu səbəbdən yolda tıxac yaranıb. Tıxacın uzunluğu 5 kilometrdən çoxdur. Sıxlıq Sumqayıt-Saray və əks istiqamətdə marşrut xətlərinin hərəkətini də iflic edib.
Buna görə vətəndaşlar yolu piyada getməyə məcbur olublar.

