Hadisə 

Vəkillər Kollegiyasının sədr müavininə ağır itki üz verib

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavini, vəkil Pərviz Ələkbərova ağır itki üz verib.

ARANTV.AZ-ın məlumatına görə, tanınmış vəkilin atası Saday Ələkbərov uzun sürən xəstəlikdən sonra ötən gün vəfat edib.

Mərhum bu gün Bakıda dəfn olunacaq.

Qeyd edək ki, 1936-cı il təvəllüdlü Saday Ələkbərov Şuşada anadan olub. Uzun illər Şuşada məsul vəzifələrdə çalışıb.

Oxu.Az kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Daha çox xəbərlər