Dünya 

Ermənistanda daha 1589 nəfər COVID-19-a yoluxub

Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 1 589 yeni yoluxma qeydə alınıb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 276 666-ya çatıb.

Son sutka ərzində infeksiyadan 29 ölüm halı qeydə alınıb ki, bununla da Ermənistanda indiyədək COVID-19-dan ölənlərin ümumi sayı 5 675 nəfərə çatıb.

Daha çox xəbərlər