Sosial 

Bakı Zooloji Parkında qiymətlər endiriləcək? – AÇIQLAMA

Bakı Zooloji parkının xərcləri yeddi-səkkiz dəfə artıb.

Bu sözləri Unikal.org-a açıqlamasında Bakı Zooloji Parkının direktoru Azər Hüseynov deyib.

O bildirib ki, biletlərin qiymətinin qalxmasının səbəbi xərclərin çox olması ilə bağlıdır: “Hazırda zooparkda akvaterrariumda havalandırma, çoxlu filtrlər, su nasosları, işıqla əlaqədar qurğular istifadə olunur. Buna görə, kommunal xərclərimiz çoxdur. Büdcədən də o qədər çox pul almadığımız üçün qiymətləri belə etməli olduq. Hələ ki, qiymətlərdə dəyişiklik gözlənilmir”.

Daha çox xəbərlər