“Biz nəzərə almalıyıq ki, koronavirusun hazırda xeyli cavanlaşması, gənclərdə ağır klinik əlamətlərlə keçməsi göz önündədir”.
ARANTV.AZ xəbər verir ki, bu sözləri “ARB24″ün efirində tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
O qeyd edib ki, son vaxtlar virusun gənclər arasında yayılması ciddi narahatlıq doğurur:
“Koronavirusun gənc yaşlarda belə bir vəziyyət yaratması ÜST-ü də məcbur edib ki, vaksinasiya yaşı 12-dən başlanılsın”.
