Atçılar Kənd Təsərrüfatı nazirinə müraciət etdilər
Bir qrup Azərbaycan atçıları atçılıqda olan problemlərə görə Kənd Təsərrüfatı naziri İnam Kərimova müraciət ediblər.
ARANTV.AZ xəbər verir ki, atçılar problemlərlə yanaşı son üç ildə Cıdır yarışlarının keçirilməməsini də diqqətə çatdırıblar:
“Qonşu dövlətlərdə Cıdır yarışları keçirilir və dünya standartlarına uyğun ippodromlar tikilir. Bizdə isə standartlara uyğun Binə ippodromdan iki ilə yaxındır çıxarıb bərbad gündə olan şəhər ippodromuna atıblar. Üç ildir ki, Cıdır yarışları keçirilmir. Kənd Təsərrüfatı nazirimiz cənab İnam Kərimova, əməkdaşlarınızın “atçılıq inkişafdadır” deyərək sizə verdiyi yalan məlumatlara inanmayın. Gərçək nədir yerində baxıb qərarınızı verməyinizi xahiş edirik. Sizi Azərbaycan atçıları olaraq KTN-nin balansında olan şəhər ippodromuna dəvət edirik. Xahiş edirik gəlib atçıların, atlarımızın Cıdır zolağımızın bu günkü vəziyyəti ilə tanış olasınız”.

