Dünya 

Əfqanıstanda məscid partladılıb – Azı 25 ölü var – VİDEO

Əfqanıstanın Qəndəhar şəhərində məsciddə partlayış törədilib.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 25 nəfər həlak olub. 20-dən çox şəxsin yaralandığı deyilir.

Partlayışın məsciddə cümə namazı zamanı törədildiyi bildirilib. Ölən sayının artacağı istisna olunmur.

Xatırladaq ki, ötən həftə Kunduz şəhərində məsciddə baş vermiş partlayış nəticəsində 50-dən çox şəxs həlak olmuşdu.

 

Daha çox xəbərlər