Azərbaycanda yeni üslubda məktəbli formalarının istehsalı ilə bağlı Təhsil Nazirliyinə və Nazirlər Kabinetinə təkliflər təqdim olunub.
ARANTV.AZ xəbər verir ki, bunu “Bakı Tekstil Fabriki” MMC-nin sədri Səkinə Babayeva deyib.
Onun sözlərinə görə, hazırda bu təkliflər sözügedən qurumlar tərəfindən müzakirə olunur: “Təkliflərdə nəzərdə tutulan məqamlardan biri – məktəblilər daha yüngül, lakin rahat formalarla təmin etməkdir”, – deyə S. Babayeva qeyd edib.
