Nazirlər Kabinetindən xüsusi karantin rejiminin müddəti ilə bağlı qərara dəyişiklik
Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edib.
ARANTV.AZ xəbər verir ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına aşağıdakı məzmunda 2.5-7-ci və 2.6-1-ci bəndlər əlavə edilsin:
“2.5-7. Hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:
5-7.1. Argentina Respublikası;
2.5-7.2. Avstraliya İttifaqı;
2.5-7.3. Braziliya Federativ Respublikası;
2.5-7.4. Bruney Darüssalam;
2.5-7.5. Cənubi Koreya Respublikası;
2.5-7.6. Çili Respublikası;
2.5-7.7. Ekvador Respublikası;
2.5-7.8. Kamboca Krallığı;
2.5-7.9. Kosta Rika Respublikası;
2.5-7.10. Kuba Respublikası;
2.5-7.11. Küveyt Dövləti;
2.5-7.12. Qazaxıstan Respublikası;
2.5-7.13. Maldiv Respublikası;
2.5-7.14. Meksika Birləşmiş Ştatları;
2.5-7.15. Mərakeş Krallığı;
2.5-7.16. Monqolustan;
2.5-7.17. Monteneqro;
2.5-7.18. Norveç Krallığı;
2.5-7.19. Oman Sultanlığı;
2.5-7.20. Panama Respublikası;
2.5-7.21. Salvador;
2.5-7.22. Uruqvay Şərq Respublikası;
2.5-7.23. Yeni Zelandiya.
2.6-1. Bu Qərarda nəzərdə tutulan (2.4-cü, 2.5-2-ci, 2.5-6-cı, 2.5-7-ci, 2.5-1.1-ci, 2.5-4-1-ci və 2.5-5.1-ci bəndlər istisna olmaqla) COVID-19 pasportu tələbi müəyyən edilən hallarda COVID-19 infeksiyası əleyhinə peyvəndə əks-göstərişi müəyyən edilmiş şəxslərdən əks-göstəriş sertifikatının olması tələb olunur.”.

