Hadisə 

Gəncə Dövlət Universitetinin prorektoru vəfat edib

Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Məmmədov Fəxrəddin Həsən oğlu bu gün uzun sürən xəstəlikdən vəfat edib.

ARANTV.AZ xəbər verir ki, o, uzun müddət müalicə olunduğu xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, F.Məmmədov 1950-ci ildə anadan olub. O, 2014-cü ildə prorektor vəzifəsinə təyin olunub.

Daha çox xəbərlər