Sosial 

Nazirlik media ilə birgə yeni layihəyə start verdi – FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi media nümayəndələri ilə birgə yeni layihəyə start verib.

ARANTV.AZ-ın məlumatına görə, layihə çərçivəsində jurnalistlərlə nazirliyin rəhbər şəxsləri arasında əməkdaşlığın səmimi və daha əlçatan qurulmasını təmin etmək məqsədilə qeyri-rəsmi görüşlərin təşkili nəzərdə tutulub.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, görüşlər ETSN-nin fəaliyyət istiqamətlərini əhatə etməklə mütəmadi olaraq keçiriləcək.

Layihə çərçivəsində ilk görüş baş tutub. Jurnalistlər Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində salınmış zeytun bağına səfər edib. Jurnalistlər bağda bir neçə il əvvəl əkilən ağacların bəhrəsini görüb, onlara qulluq edib, dincəlib, məhsul toplayıb, eyni zamanda ETSN-in rəhbər şəxsləri ilə görüşərək onları və ictimaiyyəti maraqlandıran suallara cavab alıblar.

Qeyd edək ki, qeyri-rəsmi görüşlər zamanı jurnalistlər onları maraqlandıran suallara cavab alır, ETSN-in ayrı-ayrı qurumlarının gördüyü işlərlə daha yaxından tanışlıq və informasiyanı ilk mənbədən almaq imkanı qazanırlar.

 

Daha çox xəbərlər