Dünya 

İranın Səhiyyə Nazirliyi: Qida təhlükəsizliyi ilə əlaqədar ciddi addımlar atılmalıdır

İranda ərzaq qiymətlərinin həddindən artıq bahalaşmasına görə, hökumət tərəfindən ciddi addımlar atılmalıdır.

ARANTV.AZ  xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin Əhalinin Ərzaq Təminatının Yaxşılaşdırılması idarəsinin baş direktoru Zəhra Abdullahi ISNA-ya açıqlamasında deyib.

Z.Abdullahinin sözlərinə görə, hazırda İranın 8 vilayəti – Sistan və Bəluçestan, Kohgiluyə və Buyir-Əhməd, Xuzistan, Hörmüzqan, İlam, Kirman, Cənubi Xorasan və Buşehr vilayətlərində təcili işlər görülməlidir.

Abdullahi əlavə edib ki, araşdırmalar göstərir ki, bəzi ərzaq məhsulları, o cümlədən qırmızı ət, toyuq əti, süd məhsulları, hətta meyvələrin qiymətinin bahalaşması ilə bu məhsulların istehlakı təxminən 40% azalıb. Halbuki əhali münasib qiymətlərlə protein ehtiyatları ilə təmin olunmalıdır. Ərzaq məhsullarının qiymətinə ciddi nəzarət tələb olunur.

Daha çox xəbərlər