İlk dəfə: Azərbaycanlının təşkil etdiyi turnirdə erməni idmançı iştirak edəcək – FOTO
13-14 noyabrda Türkiyənin İstanbul şəhərində MMA döyüşü keçiriləcək.
ARANTV.AZ-ın xəbərinə görə, Yusif Fighting Championship (YFC-9) təşkilatının keçirdiyi yarışda azərbaycanlı Gözəl Zutova ilə Ermənistan təmsilçisi Nare Narqarosyan döyüşəcək.
Turnirin maraqlı cəhəti ondan ibarətdir ki, qardaş ölkədə keçirilən yarışın təşkilatçısı azərbaycanlı Yusif Əliyevdir. İlk dəfə bir azərbaycanlının keçirdiyi beynəlxalq turnirdə erməni idmançı iştirak edəcək.

