Sosial 

Daha bir universitetdə tələbələr koronavirusa yoluxdu

Daha bir universitetdə iki qrup üzrə dərslər onlayn formata keçirilib.

ARANTV.AZ-ın məlumatına görə, Bakı Dövlət Universitetinin SABAH qruplarında olan iki qrupda tələbələr arasında koronavirus aşkarlanıb. Həmin qruplar distant təhsilə keçib.

Məsələ barədə Bakı Dövlət Universiteti ilə əlaqə saxladıq.

BDU-nun mətbuat katibi Günel Orucəliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq məlumatı təsdiq edib.

“Bu səbəbdən həmin qruplar 14 gün müddətinə distant təhsilə keçib”, – deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetində də üç tələbənin koronavirus (COVID-19) testi pozitiv çıxıb. Həmin tələbələrin təhsil aldığı qrupların dərsləri distant formada davam edəcək.

Daha çox xəbərlər