Rusiyada ambulans qəzaya düşdü, içərisindəki xəstə öldü
Rusiyada təcili tibbi yardım maşınının qəzaya uğraması xəstənin ölümü ilə nitəcələnib.
ARANTV.AZ “qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Penza şəhərində qeydə alınıb.
Belə ki, hərəkətdə olan ambulans işıqforun qırmızı işığında keçərkən “Lada Granta” markalı avtomobillə toqquşub. Nəticədə TTY avtomobili aşıb və içərisindəki 67 yaşlı xəstə ölüb.
Faktla bağlı araşdırma aparılır.

