Vətən müharibəsi ilə Azərbaycan regionda yeni reallıqlar yaratdı.
2020-ci il Vətən müharibəsi ilə öz ərazi bütövlüyünü bərpa edən və 30 illik işğala son qoyan Azərbaycan regionda yeni reallıq yaratmış oldu. Bu müharibə həmdə regionda öz çirkin niyyətləri ilə mövcud olan siyasi dairələr üçün bir surpiriz oldu. Dünyada müstəqil siyasət yeridən Azərbaycanın həqiqi gücünün bir daha həmin dairələrə nümayişi oldu.
Artıq bu müharibədən bir il keçdi. Regionda sülhün təmin edilməsində vasitəçi kimi iştirak edən Rusiya sülhməramlılarının bu bir illik fəaliyyəti bəzi xırda insidentlər nəzərə alınmasa qənaətbəxşdir. Amma hələdə öz həllini tapmayan məsələlər varki, onlar da tez bir zamanda həll olunmalıdır. Çox təəssüf hissi yaradan məsələlərdən biri də Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Azərbaycan ərazilərinə ölkəmizin icazəsi olmadan əcnəbilərin buraxılması məsələsidir. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının diqqətinə çatdırılıb və sonlandırılması tələb edilib. İşğaldan azad edilmiş Qarabağ çox sürətlə dirçəldilir. Erməni vandalizminə məruz qalmış bu ərazilərimizin bərpası üçün xüsusi investisiya proqramı qəbul olunmuşdur. Bu proqramın icrası cari ildə 1,3 milyard ABŞ dollarını əhatə edir. Proqramda sərmayə qoyuluşu əsasən infastruktur lahiyyələridir. Cari ilin sonuna kimi sahəsi 10 min kvadrat kilometrə bərabər olan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaqdır. Avtomobil və dəmir yolları inşası işləri intensiv şəkildə həyata keçirilməkdədir. Füzulidə yerləşən yeni hava limanı ilk sınaq uçuşundan uğurla çıxaraq artıq istifadəyə hazırdır. Daha iki hava limanının inşası davam edir. Yaşayış binalarının tikintisi layihələri hazırlanmaqdadır. Artıq iki şəhərin baş planı təsdiq edilib və işlərə start verilib. Dövlətimizin bütün bu işləri sürətli şəkildə həyata keçirməkdə əsas məqsədi məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır. Bu ərazilərimizin bərpa edilməsində təbii ki, hər zaman ölkəmizə ən sadiq dost ölkələrin şirkətləri cəlb olunmuşdur. O ölkələrdən biri də İtaliyadır. Artıq bir neçə italyan şirkəti müxtəlif layihələrdə, həmçinin Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti ilə bir bölgənin enerji təminatı məsələsi ilə bağlı müqavilə imzalanıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Bununlada italyan şirkətlərinin ölkəmizdə fəaliyyəti alqışlanandır və yenidənqurma işlərində daha çox italyan şirkətləri iştirak edəcək.
Azərbaycanın yürütdüyü xarici siyasətin başlıca prinsipi müstəqillikdir. Ölkənin xarici siyasəti tamamilə hər hansı xarici hökmranlıqdan azaddır və praqmatik xarakter daşıyır. Ölkənin mövqeyi məhz bu prinsiplər əsasında formalaşdırılır.
Heç bir ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz. Qərarlar Bakıda Azərbaycanın milli maraqları əsasında ölkənin Prezidenti tərəfindən verilir. Ölkəmizin xarici siyasətində prioriteti qonşu ölkələrlə münasibətləridir. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən bir dövlətdir. Onun, Azərbaycanın milli maraqları üçün gecə-gündüz çalışan uzaqgörən və qətiyyətli Prezidenti İlham Əliyev var.
Prezident İlham Əliyev: “Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm.”
YAP Bərdə rayon təşkilatının məsləhətçisi – Elmir Məmmədov

