Bu il neçə üçəm doğulub?
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 73177 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0 təşkil edib.
ARANTV.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən mılumata görə, doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,4 faiz, qızların xüsusi çəkisi isə 46,6 faiz olub. Körpələrdən 1862-si əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.

