Yunanıstan 2022-ci ildə yay turizm mövsümünün tarixini elan etdi
Yunanıstan yay turizm mövsümünün gələn il başlayacağı tarix barədə qərar verib.
ARANTV.AZ aviatravel.az-a istinadən bildirir ki, bu barədə Yunanıstanın turizm naziri Vasilis Kikilias məlumat verib. Onun sözlərinə görə, ölkə mart ayının sonundan etibarən mövsümü açmağa hazır olacaq və aprelin 1-dən tam şəkildə turistləri qəbul etməyə başlayacaq.
Mütəxəssislər, belə bir açıqlamanın, ölkənin pandemiyadan əvvəlki göstəricilərə qayıtmaq niyyəti ilə əlaqələndirirlər.
Ümumiyyətlə koronavirus məhdudiyyətlərindən əvvəl, Yunanıstan kurortlarına ilk gəlişlər aprelin sonunda başlayıb. Yerli turizm operatorları qeyd edirlər ki, yunan kurortlarında erkən rezervasiyası artıq açıqdır. 30 faizə qədər endirimlə Krit, Rodos, Korfu və Peloponnesə yay turları almaq mümkündür.

